Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Çaşqınlıqdan yaranan təxribat: həmsədrlər niyə susurlar?

Çaşqınlıqdan yaranan təxribat: həmsədrlər niyə susurlar?

Ekspertlər erməni KİV-də Azərbaycan diversiya qrupunun Dağlıq Qarabağda əməliyyat keçirmək niyyəti haqqında yalan informasiya dərc edilməsinin təsadüfi olmadığını, bunun arxasında bir neçə səbəbin dayandığını düşünürlər. Onların sırasında daxildə korrupsiya və rüşvətin tüğyan etməsi nəticəsində yaranmış çox ağır vəziyyətlə yanaşı, xarici amillər də var. Ermənistanda yeni seçilmiş hökumət vəziyyəti yaxşılaşdıra biləcək bir proqram təqdim edə bilməyib. Ekspertlər bunun, ümumiyyətlə, Ermənistanın müstəqil iqtisadi siyasət yeridə bilmək iqtidarında olmaması ilə əlaqələndirirlər. Başqa tərəfdən, Azərbaycan Prezidentinin münaqişənin həlli ilə bağlı konkret və konstruktiv mövqe nümayiş etdirməsi rəsmi İrəvanı çaş-baş salıb – onlar nə alternativ rasional bir təklif edə bilirlər, nə də danışıqların hazırkı formatda davam etdirilməsini istəyirlər. Nəhayət, İrəvanın çəkindiyi digər məqam həmsədrlərin regiona səfər etməsi və mövcud status-kvonu dəyişmək zərurətindən danışmasıdır. Bütün bunların fonunda ermənilərin növbəti yalan informasiya yaymaları və Azərbaycanı suçlamağa çalışmaları müəyyən gizli niyyətlərdən xəbər verir.

Yenə də yalan: Ermənistanın köhnə təxribat üsulları davam edir

Ermənistan növbəti dəfə təxribat törədib. Rəsmi İrəvan bunu ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri öncəsi həyata keçirib. Erməni KİV-i məlumat yayıb ki, guya oktyabrın 20-də gecə saatlarında Azərbaycan diversiya qrupu Dağlıq Qarabağda düşmən mövqelərinə nüfuz etməyə çalışıb. Lakin “qəhrəman Arsax əsgərləri” onlara itki verdirərək, geri çəkilməyə məcbur edib (bax: məs., Попытка проникновения: противнику нанесен урон / “Lragir.am”, 21 oktyabr 2016).

Bu informasiyanın təqdimat üsulu belə, onun saxta olduğunu göstərir. Erməni tərəfi irəli sürdüyü ittihamı sübut etmək üçün heç bir fakt ortaya qoymur – yalnız bir yığın böhtan xarakterli cümlələr şəklində təqdim edir. Lakin əsl şou da elə məhz bundan sonra başlayır. Ermənistan müdafiə naziri Vigen Sarkisyan Dağlıq Qarabağa qanunsuz səfər edərək “gələcəyin müharibəsinə hazırlaşmalıyıq” kimi gəlişigözəl, lakin işğalçı məzmunlu fikirlər söyləyib (bax: Мы должны готовиться к войнам будущего, а не прошлого – В.Саргсян / “Lragir.am”, 22 oktyabr 2016). Bununla yanaşı, o, erməni ordusunun “gücü”ndən, xalqla ordunun vəhdətindən bəhs edib. Ancaq bu “güclü ordu”da aprel döyüşlərindən sonra generalın qalmadığından söz açmayıb. Erməni nazirin nağıllarına heç özünün də inanmadığına şübhə yoxdur. Çünki reallıq tamam başqa cürdür.

Hər şeydən əvvəl, həm yalan informasiyanın məzmunu, həm də rəsmi İrəvanın bununla bağlı yaratmaq istədiyi siyasi-ideoloji şou göstərir ki, Ermənistan rəhbərliyini narahat edən ciddi məsələlər vardır. Onlar, əslində, çoxdan məlumdur. Sadəcə növbəti dəfə sübut olunur ki, Ermənistan siyasi maskasını çıxarmaq fikrində deyil və əvvəlki zamanlarda olduğu kimi, təcavüzünə davam etmək üçün min yalana əl atır.

Məsələnin əsas aspekti Azərbaycana qarşı təxribatın məhz Minsk qrupu həmsədrlərinin regiona səfəri ərəfəsində törədilməsi ilə bağlıdır. İrəvanın rahatlığını əlindən alan Prezident İlham Əliyevin münaqişənin həllində mümkün güzəşt haqqında açıq, səmimi və konkret danışması olub. Çünki buna qarşılıq Ermənistan heç bir rasional fikir bildirmək iqtidarında deyil. Rəsmi İrəvan yüksək səviyyəli muxtar qurum yaratmaq təklifinə razı olmamasının səbəblərini əsaslandıra bilməz. Bunun alternativi isə müharibə və təxribatdır.

Deməli, ermənilərin informasiya təxribatının əsas məqsədi Azərbaycanın sülh tərəfdarı olmadığını göstərməkdir. Təbii ki, o, bu məqsədinə çata bilməz, çünki nə informasiyanın verilməsi peşəkar səviyyədədir, nə də bu informasiya həqiqəti əks etdirmir. Rəsmi İrəvan eyni qaba üsulla o qədər həmsədrlərin zəhləsini töküb ki, bu işlərin primitiv informasiya savaşına aid olduğunu dərhal anlayırlar. Təsəvvür edin ki, Azərbaycan Prezidenti konkret mövqeyini geniş ictimaiyyətə bəyan edir, həmsədrlər oktyabrın 20-dən sonra regiona gələcəklərini bildirirlər və elə bu ərəfədə Azərbaycan “təxribat” həyata keçirir? Belə absurd və saxta əməli yalnız ermənilər törədə bilərlər.

Əslində, amerikalı həmsədr Ceyms Uorlik Bakıda keçirdiyi mətbuat konfransında ifadə etdiyi fikirləri ilə erməni tərəfin təxribat informasiyasını heçə saydığını ifadə etmiş oldu. O deyib ki, Prezident İlham Əliyevin tezislərini yüksək qiymətləndirir, münaqişənin sülh yolu ilə həllinə Azərbaycan tərəfinin sadiq qalmasından məmnundur və iki dövlət başçısının görüşünü təşkil etməyə çalışacaqlar. Amerikalı həmsədr bəyan edib ki, Azərbaycan rəhbərinin Serj Sarkisyanla müzakirələrə hazır olmasını bildirməsini həmsədrlər məmnunluqla qarşılayıblar.

Sülhdən imtina bəhanələri: vasitəçilər ədalətli reaksiya verməlidirlər

Ceyms Uorlik bu kontekstdə oktyabrın 22-də Bakıda keçirilən mətbuat konfransında belə deyib: “Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır... Gələcək statusun müəyyənləşdirilməsi məsələsi məhz Prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz bunu alqışlayırıq. Görüşlər zamanı prezidentlər bir araya gələrək müxtəlif elementləri öz aralarında müzakirə edə bilərlər və bu kimi görüşlər davam etdirilməlidir. Bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə razılaşdırılmış şəkildə həlli tapılsın. Həmsədrlər artıq qeyd edib ki, mövcud status-kvo davamlı deyil (bax: Amerikalı həmsədr: “İşğal olunmuş torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır” / APA, 22 oktyabr 2016).

Bu fikirlərdə aydın ifadə olunub ki, həmsədrlər regiona münaqişənin həllində irəliləyiş əldə etmək üçün gəliblər. Onlar Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması məsələsini və statusu ciddi müzakirə etmək fikrindədirlər. Yeri gəlmişkən, erməni KİV-i bu məsələdə də saxtakarlığa yol verir. Onlar yazırlar ki, guya həmsədrlər yalnız Vyana və Sankt-Peterburqda qaldırılmış münaqişə zonasında nəzarəti təkmilləşdirməklə bağlı fikir mübadiləsi aparacaqlar. Bu, faktiki olaraq problemin həllini dondurmaq deməkdir ki, qətiyyən mümkün deyil – Azərbaycan buna imkan verməz.

Deməli, erməni tərəfinin növbəti təxribatında münaqişənin həllində irəliləyiş ehtimalının mövcudluğu ciddi rol oynayıb. Rəsmi İrəvan adəti üzrə danışıqlar prosesini pozmaq və onu mənasız məcraya yönəltməklə uzatmaq fikrindədir. Digər yandan isə Ermənistan rəhbərliyini ölkədəki ağır sosial-iqtisadi durum ciddi surətdə narahat edir. Belə ki, yeni hökumət elə faktlardan danışır ki, onları həll etmək üçün bütövlükdə iqtidar həbsə atılmalıdır. Bu məqam yeni baş nazirin parlamentdəki çıxışı zamanı aydın hiss edilib. Karen Karapetyan ölkədə rüşvət və korrupsiyanın yüksək səviyyədə olduğunu vurğulayıb və bir deputatın sualına cavab olaraq bunun arxasında S.Sarkisyan iqtidarının dayandığını etiraf edib (bax: Карен Карапетян назвал имена / “Lragir.am”, 20 oktyabr 2016).

Lakin parlament hökumətin yeni proqramını qəbul edib. Ekspertlərin rəyinə görə, onun başqa yolu yox idi, çünki alternativ proqram təqdim etmək imkanı sıfırdır. Bunun isə səbəbini mütəxəssislər Ermənistanın suveren iqtisadi siyasət yeritmək iqtidarında olmaması ilə əlaqələndirirlər. İqtisad elmləri doktoru Aşot Yegiazaryan bununla bağlı ifadə edib ki, Ermənistan müstəqil iqtisadi siyasət aparmaq alətinə malik deyil və bu da ölkə iqtisadiyyatını həm təcrid vəziyyətinə salır, həm də çox zəiflədir (bax: Роза Ованнисян. Программа правительства без суверенного инструментария / “Lragir.am”, 22 oktyabr 2016).

“Joxovurd” qəzeti də mütəxəssislərin proqnozlarını təsdiq edərək, vurğulayıb ki, parlamentin qəbul etdiyi hökumət proqramında bir dənə də olsun rəqəm yoxdur. Bu o deməkdir ki, hökumət hansı nəticələrin alınacağını bilmir və vəziyyəti qeyri-müəyyən saxlayır. Əslində, proqramı tərtib edənlər də buna işarə edirlər. Bir sözlə, Ermənistan iqtisadiyyatı üçün qapalı dairə yaranıb. Ondan xilas yolu isə bütövlükdə siyasətin köklü şəkildə dəyişdirilməsidir. S.Sarkisyan iqtidarı buna qadir deyil.

Bu səbəblərdən də rəsmi İrəvan ənənəvi qarayaxma kampaniyasını davam etdirir. Azərbaycan rəsmi səviyyədə heç bir diversiya hərəkəti olmadığını bəyan edib və bildirib ki, ermənilər yeni təxribatlara hazırlaşdıqlarından, belə şayiələr yayırlar (bax: Azərbaycan MN: Ermənistan törədəcəyi təxribatlara zəmin yaratmağa çalışır / APA, 22 oktyabr 2016).

Bəli, həqiqət bundan ibarətdir və Azərbaycan onu çox yaxşı bilir. Qalır vasitəçilərin ədalətli mövqeyə gələrək, təcavüzkara yox deməsi. Bu isə hələlik görünmür. Avropa İttifaqının “Ermənistan seçim etməlidir – o, yolayrıcındadır” deməsi kifayət deyil. Çünki İrəvan seçimini artıq edib, sadəcə Qərb bunu qəbul edib, obyektiv reaksiya verməlidir. Əks halda, erməni təxribatları gündəmdən düşməyəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq