CƏMİYYƏT


Çaylarda sululuq azalıb

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Ötən günlər ərzində hava şəraitinin yağmursuz və isti keçməsi nəticəsində respublika çaylarının sululuğunda əsasən azalma müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-95, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında isə 45-55 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, avqustun 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 42 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 60 kubmetrdir. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 2 santimetr azalıb.

Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 365, Salyanda 150, Bankədə 185, Novruzlu məntəqəsində isə 76 santimetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.