CƏMİYYƏT


Çaylarda suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 110-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-100 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, sentyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 130 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 24 kubmetrdir.

Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik baş verməyib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 santimetr artıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 414, Salyanda 237, Bankədə 197, Novruzlu məntəqəsində isə 125 santimetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.