Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Çəkilən sonuncu siqaret...

Çəkilən sonuncu siqaret...

Bakı, 24 may, Süleyman Qaradağlı, AZƏRTAC

Bər-bəzəkli qutuların üzərində yazılmış "Siqaret çəkmək sağlamlığa ziyandır" xəbərdarlığına baxmayaraq acı tütün tüstüsünü ciyərlərinə sümürənlər xoşagəlməz bəlanın girdabından qurtula bilmirlər. Son vaxtlar tütünlə mübarizə tədbirləri barədə ən yüksək dairələrdə aparılan müzakirə və qəbul edilən qanunlar da həmin narahatlıq hissindən yaranıb. AZƏRTAC xəbər verir ki, hər il mayın 31-nin Dünya tütünsüz gün keçirilməsi də onunla mübarizənin necə əhəmiyyətli və vacib məsələ olduğunu ortaya qoyur.

Tütün və tütün tüstüsü 3 min kimyəvi birləşmədən ibarətdir və onlardan 60-dan çoxu kanserogen maddələrdir. Tədqiqatlar sübut edib ki, kanserogen birləşmələr hüceyrələri genetik səviyyədə zədələyir, şişlərin yaranmasına səbəb olur. Siqaret çəkmək tənəffüs orqanlarının xəstəliyinə- pnevmoniya, xroniki bronxit və emfizemaya aparıb çıxarır. Kliniki araşdırmalar onu göstərir ki, siqaret çəkənlərin dərisi çəkməyənlərə nisbətən daha tez qocalır, hətta 40 yaşlı siqaret çəkənlə 70 yaşlı siqaret çəkməyənin dərisi eyni struktura malik olur. Tütünün tərkibində olan karbonmonooksid, nikotin, qətran kimi maddələr ağciyərlərin fəaliyyətini pozur, oksigen çatışmazlığı nəticəsində ürək tutması ehtimalını artırır. Ağzı qoxusu, diş əti xəstəlikləri, dad hissiyyatı və yaddaş zəifliyi, ruhi gərginlik, yuxusuzluq, xroniki baş ağrıları, katarakta, korluq və digər xəstəliklər məhz siqaretə olan aludəçilikdən yaranır.

Sağlamlığa ciddi ziyan vuran siqaretdən imtina etmək barədə müxtəlif yollar var. Məsələn, Amerika mütəxəssisləri gənc astronavtlar üçün 5 gün ərzində siqaretdən imtina etmək üsulu hazırlayıblar. Onların təklif etdiyi üsulla dörd gün ərzində qida rejiminə əməl olunur, beşinci gün siqaret çəkmək həvəsi itir.

Alman mütəxəssisləri isə bu sahədə bir sıra məsləhətlər verirlər. Onların tövsiyələri daha çox siqareti az çəkməyə və tədricən zərərli vərdişdən uzaqlaşmağa yönəldilib. Həmin məsləhətlər sırasında üstündə kibrit və ya alışqan gəzdirməmək, siqareti göz qabağından uzaq qoymaq, siqaret çəkəndən sonra külqabını gizlətmək, ilk tüstüdən sonra söndürməyi bacarmaq, hər tüstüdən sonra siqareti külqabına qoymaq, çəkilən siqaretlər arasında vaxtı uzatmaq və digər təkliflər yer alır.

Məşhur rus professoru Vladimir Filatov öz təcrübəsində siqaretdən imtina üçün belə bir üsuldan istifadə edib: 1 xörək qaşığı evkalipt yarpaqları üzərinə yarım litr qaynar su tökülərək 1 saat dəmlənilir, dəmləməyə 1 xörək qaşığı qliserin və 1 xörək qaşığı təbii bal əlavə edilir, gündə 7 dəfə dörddəbir stəkan içilir. Müalicə proseduru 1 ay aparılır.

Şübhəsiz ki, təklif olunan üsulların hamısı məqbuldur, lakin ortada iradə və istək olmasa ən gözəl və faydalı üsulun da səmərəsi olmayacaq.

Siqaret zaman və pul itkisidir, ona sərf olunan vaxt və vəsaitə daha faydalı işlər görmək olar. Məsələn, gündə bir qutu, yəni 20 ədəd siqaret çəkən ildə orta hesabla 10-15 sutka itirir. Hər siqaretin çəkilməsi üçün 3 dəqiqə vaxt itirildiyini nəzərə alsaq, bu, ildə 365 saat edir. Vaxt isə çox qiymətlidir. Məşhur Çin filosofu Konfutsi deyirdi ki, pul itirmisənsə, heç nə itirməmisən, vaxt itirmisənsə, çox şey itirmisən, sağlamlığını itirmisənsə, deməli, hər şeyi itirmisən. Hər şeyi itirməmək üçün sonuncu siqaretə son qullabı vurandan sonra onu söndürmək, qutusunu isə əzib zibil qabına atmaq və bütün iradəni toplayaraq ona "əlvida" demək lazımdır.

Elə bu gündən, bu dəqiqədən, bu andan...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ATMU-da bayram festivalı: “Yurdumuza bahar gəlir”

700 mindən çox pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb

AQTA “Ana südü əvəzedilməzdir” adlı layihəyə start verir

AzMİU-nun müəllim və tələbələri Belçikada pilot tədris həftəsində iştirak ediblər

Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib

Dövlət Su Ehtiyatları Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq

® Balaxanı Əməliyyat Şirkətinin rəhbər və işçi heyəti İlaxır çərşənbəsini qeyd edirlər

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

Britaniyanın rəsmi sikkəsində “Ulduz müharibələri” filmindən “Minilliyin şahini” təsviri yer alıb

Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ideal məkana çevirir – RƏY

BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət olunub

BMU-da əcnəbi tələbələr üçün “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib

Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir

BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub

Ağalı sakinləri İlaxır çərşənbəni qeyd ediblər FOTO

Akademik: Ekoloji terrora məruz qalmış Azərbaycan torpaqlarının və meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır

® “Coca-Cola” gəncləri Novruz bayramı münasibətilə təbrik etdi

® Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul olub

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir

Çiçəkçilik sevdası: Hobbi necə biznesə çevrildi? – MÜSAHİBƏ

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib