İDMAN


“Çelsi” klubu “Monako”nun yarımmüdafiəçisini transfer edir

Bakı, 14 iyul, AZƏRTAC

“Çelsi” klubu “Monako”nun yarımmüdafiəçisi Temue Bakayokonu transfer edir.

AZƏRTAC xəbər verir ki, klublar arasında qarşılıqlı razılıq əldə olunub.

Londona yollanan fransalı futbolçu tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq. İyirmi iki yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 5 illik olacaq.

“Çelsi”nin bu transfer üçün qarşı tərəfə 45 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, T.Bakayoko ötən mövsüm “Monako”nun heyətində 32 matçda 2 qol və 1 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.