İDMAN


“Çelsi” klubu “Yuventus”un müdafiəçisini heyətinə qatmaq istəyir

Bakı, 7 fevral, AZƏRTAC 

“Yuventus” klubunun sol cinah müdafiəçisi Aleks Sandro “Çelsi”nin maraq dairəsinə düşüb.

AZƏRTAC xəbər verir ki, London təmsilçisi 26 yaşlı braziliyalını mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.

“Çelsi”nin baş məşqçisi Antonio Konte İtaliya A seriyasında Sandoronun “İnter”ə qarşı oyununu stadiondan izləyib.

Futbolçu 2015-ci ildə “Portu”dan 26 milyon avroya “Yuventus”a transfer olunub. Sandro ilə komanda arasında 2020-ci ilədək müqavilə imzalanıb. Hazırda braziliyalının transfer qiyməti 45 milyon avro dəyərləndirilir.

Cari mövsüm İtaliya çempionatında 20 oyunda meydana çıxan Sandro 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.