İDMAN


“Çelsi” rəhbərliyi Lemparda dəvət göndərib 

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

ABŞ-ın “Nyu-York Siti” klubunun yarımmüdafiəçisi Frenk Lempard “Çelsi”yə qayıda bilər.

AZƏRTAC “The Telegaph” qəzetinə istinadla xəbər verir ki, London klubu veteran futbolçuya təklif göndərib.

İlin sonunda Amerika klubundan ayrılmağa hazırlaşan 38 yaşlı Lempard karyerasını başa vuracağı halda, “Çelsi”də ya məşqçi ya da səfir kimi fəaliyyət göstərəcək. Digər tərəfdən “Sky Sports” kanalı da ulduz futbolçuya şərhçi-ekspert kimi çalışmağı təklif edib.

Qeyd edək ki, F.Lempard 2001-2014-cü illərdə “Çelsi”nin formasını geyinib. O, bu komandanın heyətində keçirdiyi 429 oyunda rekord sayda - 211 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.