İDMAN


Çempionlar Liqası: “Azərreyl” komandası “Fənərbağça”nın qonağı olacaq

A+ A

Bakı, 11 yanvar, AZƏRTAC

Bu gün Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ikinci oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi İstanbulda Burhan Felek Voleybol Salonunda yerli “Fənərbağça” komandasının qonağı olacaq. Qarşılaşmanın baş hakimi bolqarıstanlı İvaylo İvanov olacaq. Ona italiyalı Simone Santi kömək edəcək.

Bakı təmsilçisi Çempionlar Liqasının “C” qrupunda ilk oyununu doğma meydanda Polşanın “Dabrova Qornitsa” komandasına qarşı keçirib və 3:1 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.