İDMAN


Çempionlar Liqasının final oyununu almaniyalı hakimlər briqadası idarə edəcək

Bakı, 12 may, AZƏRTAC

Futbol üzrə Çempionlar Liqasının final oyunu almaniyalı hakimlər briqadasına həvalə edilib.

AZƏRTAC xəbər verir ki, iyunun 3-də keçiriləcək “Yuventus” (İtaliya)–“Real” (İspaniya) qarşılaşmasını baş hakimi Feliks Brix olacaq. Ona həmyerliləri Mark Borş və Ştefan Lupp yardım edəcək. Bastian Dankert və Marko Frits əlavə hakim köməkçiləri, Rafael Foltin isə ehtiyat köməkçi kimi qarşılaşmaya təyinat alıb. Oyunun dördüncü hakimi funksiyası serbiyalı Milorad Majiçə tapşırılıb.

Qeyd edək ki, Kardiffdəki “Millenium” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.