İDMAN


Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə bu gün yekun vurulacaq

A+ A

Bakı, 20 iyul, AZƏRTAC 

UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, 9 matçın qalibi III təsnifat mərhələsinə ilk vəsiqə qazanan komandalar olub.

Növbəti mərhələyə yüksələn Gürcüstanın “Dinamo” (Tbilisi), Avstriyanın “Zalsburq”, İsrailin “Hapoel” (Beer-Şeva), Kiprin APOEL, Belarusun BATE, Danimarkanın “Kopenhagen”, Serbiyanın “Srvena Zvezda”, Polşanın “Legiya” və Bolqarıstanın “Ludoqorets” klublarıdır.

Qalan 8 vəsiqənin taleyinə iyulun 20-də aydınlıq gətiriləcək. Onlardan biri “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq) cütünün qalibi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.