İDMAN
Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda Madrid klubları parlaq qələbələr qazanıb
Futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsinin üçüncü turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “A” qrupunda “Olimpiakos” (Yunanıstan) komandası doğma meydanda İtaliyanın “Yuventus” klubuna 1:0 hesabı ilə qalib gəlib. “Atletiko” Madrid (İspaniya) kollektivi isə “Malmö” (İsveç) ilə görüşdə böyük hesablı qələbə qazanıb – 5:0.
“B” qrupunda “Real” (Madrid) komandası səfərdə “Liverpul”dan (İngiltərə) üstün olub - 3:0. Bolqarıstanın “Ludoqorets” komandası doğma meydanda son dəqiqələrdə vurduğu qolla “Bazel”i (İsveçrə) 1:0 məğlub edib.
“C” qrupu da “Bayer Leverkusen” (Almaniya) evdə “Zenit”ə (Rusiya) 2:0 hesabı ilə qalib gəlib. “Monako” və “Benfika” komandalarının görüşündə isə hesab açılmayıb (0:0).
Turnirin “D” qrupunda çıxış edən “Anderlext” (Belçika) doğma meydanda “Arsenal” (İngiltərə) kollektivini qəbul edib və görüş 2:1 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. Qrup lideri “Borussiya” (Almaniya) isə İstanbulda “Qalatasaray” komandasının qapısından 4 cavabsız top keçirib.