İDMAN


“Çempionların çempionu” mükafatının sahibləri açıqlanıb

Bakı, 29 dekabr, AZƏRTAC

Dünyanın ən yaxşı idmançılarının adları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Fransanın “L’EQUİPE” nəşrinin sorğusuna əsasən 2016-cı il Rio Yay Olimpiya Oyunlarının qalibləri planetin ən yaxşıları seçiliblər.

Belə ki, yamaykalı atlet Useyn Bolt ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib olub. Xanım atletlərdən isə amerikalı gimnast Simon Biles hamını qabaqlayıb. Hər iki atletə “Çempionların çempionu” mükafatı veriləcək.

Xatırladaq ki, U.Bolt artıq beşinci dəfədir ki, bu titula yiyələnib. O, bundan əvvəl 2008, 2009, 2012 və 2015-ci illərdə də dünyanın ən yaxşısı seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.