İQTİSADİYYAT


Çen Zhiyonq: Bakı Limanı “Bir kəmər - bir yol” beynəlxalq nəqliyyat layihəsində mühüm yer tutur

Bakı, 30 iyun, AZƏRTAC

Çin Xalq Respublikasının Şenzen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Çen Zhiyonq və iş adamlarından ibarət nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər.

Limandan AZƏRTAC-a bildirilib ki, Çin nümayəndə heyətinin səfərin əsas məqsədi limanla yaxından tanış olmaq və gələcək əməkdaşlıq sahələrini müzakirə etməkdir. Limanla tanışlıq zamanı onlara liman və onun ətrafında qurulmaqda olan Azad Ticarət Zonası barədə ətraflı məlumat verilib. Qonaqlar limanın ərazisi ilə əyani olaraq tanış olaraq bərə terminalına da baxış keçiriblər.

Çen Zhiyonq “Bir kəmər - bir yol” beynəlxalq nəqliyyat layihəsində Bakı Limanının mühüm yer tutduğunu və bu layihənin icrasında Bakı Limanından istifadə etməkdə maraqlı olduqlarını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.