DÜNYA


Çərçivəsiz “Q6” smartfonu sifətin tanınması funksiyasına malikdir

Bakı, 11 iyul, AZƏRTAC

“LG” şirkəti “LG G6” qabaqcıl smartfonunun mini-versiyasını təqdim edib. “LG Q6” seriyasına məxsus aparat 3 variantda əlçatandır: “LG Q6”, “LG Q6+” və “LG Q6a”. Hər üç qurğu 2880x1440 piksel təsvir ölçülü 5,5 düymlük çərçivəsiz displeylə təchiz edilib.

AZƏRTAC xəbər verir ki, məlumata görə, çərçivəsiz dizayna malik qurğular alüminium çərçivəli bükük korpusla təchiz edilib. Hər üç aparat “Snapdragon 435” prosessoru, işıq diodu işıqlandırıcısına malik 13 meqapiksellik əsas kamera, 5 meqapiksellik genişbucaqlı ön kamera, 3000 milliamper/saat tutumuna malik batareya ilə təchiz edilib və “LG UX 6.0” interfeysinə malik “Android 7.1.1 Nougat” əməliyyat sistemi ilə işləyir.

Smartfonlar bir-birindən yalnız yaddaş tutumu ilə fərqlənir. Hər üç modeldə “LTE/3G/2G” dəstəyi nəzərdə tutulub. Modifikasiyadan asılı olaraq qurğular “Astro Black”, “Ice Platinum”, “Marine Blue”, “Mystic White”, “Terra Gold” rənglərində əlçatan olacaq.

“LG Q6” smartfonu növbəti ay Asiyanın əsas bazarlarında satışa çıxarılacaq və tədricən Avropa, Latın Amerikası və Şimali Amerikanın başqa ölkələrində yayılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.