DÜNYA
Çeske Budeyovitse şəhəri Stalini və Qotvaldı “fəxri vətəndaş” adından məhrum edib
Praqa, 16 may, AZƏRTAC
Cənubi Çexiyada Çeske Budeyovitse şəhərinin nümayəndələri Klement Qotvaldın və İosif Stalinin adlarını fəxri vətəndaşlar siyahısından çıxarmağı qərara alıblar. Tədbirdə iştirak edən 39 nəfərdən 23-ü qərarın “lehinə” səs verib. Sosial-demokrat və vətəndaş-demokratların əksəriyyəti ya səs verməyib, ya da bitərəf qalıb. Qərarın qəbulundan əvvəl geniş diskussiya aparılıb və Kommunist partiyasının üzvləri səsvermədən əvvəl zalı tərk ediblər.
“Şəhər nümayəndələrindən hər birinin öz fikrini söyləmək hüququ olub”, - deyən şəhər meri xatırladıb ki, Qotvald və Stalin bu adı 1945-ci ildə alıblar. Çeske Budeyovitse şəhərinin fəxri vətəndaşları siyahısında 118 familiya yer alıb. Bu adı axırıncı alan (1979) Valentina Tereşkova olub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]