İQTİSADİYYAT
Çətin Nuhoğlu: Azərbaycandan keçməklə Mərkəzi Asiyaya daha tez və sərfəli qiymətə çatmaq mümkündür
Bakı, 5 fevral, Elvin Camalov, AZƏRTAC
Azərbaycan ərazisindən keçməklə Mərkəzi Asiyaya daha tez və sərfəli qiymətə çatmaq mümkündür.
AZƏRTAC “haberturk.com” saytına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Beynəlxalq Nəqliyyat Dərnəyi İdarə heyətinin başçısı Çətin Nuhoğlu deyib.
O bildirib ki, artıq Mərkəzi Asiyaya Azərbaycandan keçməklə çıxış əldə edilib. Xəzər Dənizindən keçməklə Mərkəzi Asiyaya getmək türk daşıyıcılarının yol məsafəsini qısaldıb: “Mərkəzi Asiyaya Xəzər dənizindən keçərək gedirik. Bu bizə malların daha tez çatdırılmasına yardım edir. Həmçinin çəkilən xərc əvvəl istifadə olunan daşıma xətti ilə eynidir. Bu yolun üstünlüyü ondadır ki, Azərbaycandan keçməklə mənzil başına tez çatırıq, eyni zamanda, tətbiq edilən yeni sistemdən sonra xərclərimiz daha da azalacaq”, – deyə Ç.Nuhoğlu vurğulayıb.