İQTİSADİYYAT
Çexiya Azərbaycandan qaz almaqda maraqlıdır
Bakı, 17 yanvar, AZƏRTAC
Çexiya “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycandan qaz almaqda maraqlıdır.
AZƏRTAC xəbər verir ki, Bakıda səfərdə olan Çexiyanın sənaye və ticarət naziri Yan Mladek bu sözləri jurnalistlərlə söhbətində deyib.
Nazir Azərbaycanı Çexiyanın strateji tərəfdaşı adlandıraraq deyib: “Çexiya üçün Azərbaycan Rusiyadan sonra ikinci əsas neft göndərən ölkədir. Bizim üçün əsas məsələ odur ki, bu neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə daxil olur. Biz bu istiqaməti dəstəkləmək istəyirik”.
Yan Mladekin sözlərinə görə, Çexiya “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafını böyük maraqla izləyir. “Ümidvarıq ki, gələcəkdə Çexiya bu qazı Avstriyadakı terminaldan ala biləcək”, - deyən nazir qeyd edib ki, Çexiya “Cənub Qaz Dəhlizi” vasitəsilə təkcə Azərbaycandan yox, Qazaxıstan, İran və digər ölkələrdən də qazı almaq imkanı əldə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]