İDMAN
Çexiya Olimpiya Komitəsi "Rio-2016"da çıxış edəcək idmançıların siyahısını açıqlayıb
Bakı, 14 iyul, AZƏRTAC
Çexiya Olimpiya Komitəsi Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək idmançıların siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Çexiyanı "Rio-2016"da 105 idmançı təmsil edəcək. Heyətdə 4 Olimpiya çempionu yer alıb. Bunlar Yaroslav Kulqavıy (velosiped idmanı), David Svoboda (müasir beşnövçülük), Barbora Şpotakova (atletika) və Mirka Knapkovadır (akademik avarçəkmə).
Digər Olimpiadalar ilə müqayisədə, Çexiya "Rio-2016"ya az idmançı ilə qatılacaq. Belə ki, Çexiya "Atlanta-1996"da 117, "Sidney-2000"də 120, "Afina-2004"də 142, "Pekin-2008" və "London-2012"də 134 idmançı ilə təmsil olunub.
Qeyd edək ki, Çexiya milli komandası "London-2012"də 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanmışdı.