DÜNYA
Çexiya Prezidenti vəzifəsinə daha bir namizədin adı bəlli olub
Praqa, 13 mart, AZƏRTAC
Çexiyanın sabiq baş naziri İrji Rusnokun keçmiş kabinet başçısı Karel Ştroql “Neovlivní.cz” internet nəşrinə müsahibəsində 2018-ci ilin prezident seçkilərinə qatılacağını təsdiq edib. O, seçki kampaniyasına bu ilin iyun ayında başlamağı planlaşdırır. Əvvəllər K.Ştroql müdafiə naziri Yaroslav Tvrdikin müşaviri, ATƏT-in Vyanada hərbi diplomatı, Maliyyə Nazirliyində Boquslav Sobotkanın şəxsi katibi, Mərkəzi Çexiya diyarının regional bölməsinin əməkdaşı işləyib. K.Ştroql seçkiqabağı kampaniyasına politoloqları, sosioloqları, iqtisadçıları, təhlükəsizlik, marketinq, səhiyyə, idman və KİV-lər sahəsində mütəxəssisləri cəlb etmək niyyətindədir.
Ölkənin indiki prezidenti Miloş Zeman, həkim və ictimai fəal Marek Gilşer, nəğməkar şair Mixal Qoraçek də 2018-ci ilin seçkilərində iştirak edəcəklərini bildiriblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa