Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Çexiya Respublikasının Prezidenti Miloş Zemandan

Zati-aliləri,

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikası və Çexiya Respublikası arasında ikitərəfli münasibətlərin dinamik inkişafından şadam və bu müsbət tendensiyanın cari ilin sentyabr ayında mənim Bakıya rəsmi səfərimlə təsdiq olunacağına ümid edirəm.

Zati-aliləri, məsuliyyətli işinizdə Sizə müvəffəqiyyətlər diləyir və Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram.

Miloş Zeman

Çexiya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin