DÜNYA
Çexiya Sosial-Demokrat Partiyasının fəaliyyəti qadağan edilə bilər
Bu təklifi əvvəllər ÇSDP-nin üzvləri olmuş bir qrup şəxs irəli sürüb. Onlar iddia edirlər ki, əvvəllər üzv olduqları bu partiyada qeyri-demokratik mafioz iş üsullarından istifadə edilir, partiya öz üzvlərinin hüquq və azadlıqlarını pozur. Bəyanatı imzalayanlar bildirirlər ki, ÇSDP-nin fəaliyyətinin dayandırılması barədə qərar oktyabrın 5-dən gec olmayaraq qəbul edilməli və hökumət bu məsələ ilə əlaqədar Çexiyanın Ali İnzibati Məhkəməsinə müraciət edib-etməyəcəyini müəyyənləşdirməlidir. Əgər hökumət bu şikayətə cavab verməsə, işə baxılması ölkənin prezidentinə həvalə ediləcək.
Bəyanatın müəllifləri Ostrava və Mogelnitsada iki partiya təşkilatının ləğv edilməsi və Pyotr Kaynarın işi də daxil olmaqla yeddi nümunə göstərir və bildirirlər ki, bütün bu hallarda məqsəd adı çəkilən siyasi sübyektin “əsas fəaliyyəti xətti” ilə razılaşmayan opponentlərdən yaxa qurtarmaq olub.
Pərvanə Qarayeva
AZƏRTACın xüsusi müxbiri
Praqa