DÜNYA


Çexiya XİN-in ikili standartları növbəti dəfə ifşa olunub

A+ A

Praqa, 2 sentyabr, AZƏRTAC

Ostravanın “Mercure” otelində qondarma “Donetsk Xalq Respublikası”nın (DXR) Avropada ilk nümayəndəlik mərkəzinin açılışı münasibətilə mətbuat konfransı keçirilib. Tədbir etirazlarla müşayiət olunub: on nəfərə qədər etiraz edən şəxs əllərində “Biz Çexiyada DXR terror təşkilatının olmasını istəmirik” və digər şüarlar yazılan plakatlar tutub.

Mərkəzə özünü “DXR-in Çexiyada fəxri konsulu” adlandıran Nela Liskova rəhbərlik edir. Lakin Çexiya XİN-dən verilən məlumata görə, mərkəzi diplomatik nümayəndəlik hesab etmək olmaz, çünki Çex Respublikası nə DXR-in mövcudluğunu, nə də “fəxri konsulu” tanımır. Cümə axşamı günü XİN məlumat verib ki, Ostrava Diyar Məhkəməsinə özünü DXR-in “Nümayəndəlik Mərkəzi” adlandıran hüquqi şəxsin ləğv edilməsi tələbi ilə müraciət edəcək.

Lakin maraq doğuran cəhət başqadır. Çexiya XİN-i nəinki beynəlxalq hüququn normalarına analoji prinsipiallıq və tərəfdarlıq nümayiş etdirib, həm də əksinə, PKK terror və separatçı təşkilatı ilə sıx əlaqəsi olan YPG terror təşkilatının nümayəndəliyinin aprel ayında Praqada açılmasını sürətləndirib.

Bundan başqa, ABŞ-da və Avropa ölkələrində (məsələn, Almaniya, Fransa və başqalarında) özünü “səfirlik” kimi qələmə verən, əslində isə adi QHT olan qondarma “dqr daimi nümayəndəlikləri” fəaliyyət göstərir. Bu ölkələrin xarici siyasət idarələri məhkəmə orqanlarına özlərini “dqr nümayəndəlikləri” adlandıran hüquqi şəxslərin ləğv edilməsi tələbi ilə müraciət edirlərmi?

İkili standartları ilə açıq-aşkar səhvlər buraxan dövlətlər digər ölkələrə, o cümlədən Azərbaycana dərs verə bilməzlər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.