DÜNYA


Çexiya əks-kəşfiyyatı terror aktları təhlükəsi barədə xəbərdarlıq edib

A+ A

Praqa, 1 sentyabr, AZƏRTAC

Çexiyanın İnformasiya Təhlükəsizliyi Xidmətinin (BİS) verdiyi məlumata görə, 2015-ci ildə Suriyada İŞİD silahlılarına qoşulmağa hazırlaşan 7 nəfər Çexiyanı tərk edib. Çexiya əks-kəşfiyyatının fikrincə, beləliklə, Çexiyada potensial terror aktı təhlükəsi mövcuddur. İnformasiya Təhlükəsizliyi Xidməti bildirir: “Söhbət qısa müddətdə ölkə ərazisində olmuş yeddi şəxsdən gedir. Həmin şəxslərin Avropa İttifaqına qayıtması onların terror aktlarının hazırlanmasında və keçirilməsində iştirak etməsi baxımından təhlükəsizlik üçün ciddi təhdid ola bilərdi”, çünki bu informasiya xarici tərəfdaşlara da verilib. Əks-kəşfiyyat İslam dövləti qəbilindən olan terror təşkilatlarına rəğbət bəsləyən daha bir neçə şəxsin olmasını qeyd edib. İnformasiya Təhlükəsizliyi Xidməti potensial terrorçular ola biləcək minlərlə radikalların adlarını yoxlayarkən xarici ölkələrdəki həmkarları ilə əməkdaşlıq şəraitində müəyyən edib ki, həmin şəxslərdən bəziləri 2015-ci ildə Çexiyadan tranzit dövlət kimi istifadə ediblər. Bununla əlaqədar, məlumatda xəbərdarlıq edilir ki, Çexiyada “potensial terror aktı təhlükəsi mövcuddur”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.