İDMAN


Çexiya idmançısı kişilər arasında dairəvi stend atıcılığı üzrə fərdi yarışın qalibi olub

Bakı, 1 avqust, AZƏRTAC

Bakıda keçirilən Avropa çempionatında kişilər arasında dairəvi stend atıcılığının fərdi yarışlarının qalibi çexiyalı Milos Slavicek olub.

AZƏRTAC xəbər verir ki Çexiya təmsilçisi 54 (11) xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Çempionatın gümüş medalını isə italiyalı idmançı Rossetti Gabriele 54 (9) xalla qazanıb.

İsveç atıcı Stefan Nilsson topladığı 43 xalla yarışın bürünc medalına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.