SİYASƏT
Çexiya ilə Azərbaycan arasında münasibətlər müzakirə olunub
Bakı, 8 sentyabr (AZƏRTAC). Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyevi qəbul edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında münasibətlər, eləcə də yaxın zamanlarda qarşılıqlı səfərlərin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub.