DÜNYA


Çexiya tənqidə məruz qalıb

 

Praqa, 19 dekabr, AZƏRTAC

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məruzəsində Çexiya dövlət orqanlarının miqrantlara qarşı münasibəti kəskin tənqid edilib. Məruzədə bildirilir ki, əcnəbilərin Çex Respublikasında olmasını dövlət orqanlarının onlara qərəzli münasibəti, səmərəsiz viza sistemi və Çexiya siyasətçilərinin sərt açıqlamaları çətinləşdirir. Məruzə Miqrantlar Gününün qeyd olunduğu gün - dekabrın 18-də dərc edilib.

2016-cı ilin oktyabr ayının sonuna olan məlumata görə, ölkə ərazisində qanuni 491,871 əcnəbi olub. Onların 25 faizindən çoxunu ukraynalılar, 20 faizindən çoxunu slovaklar, 12 faizini vyetnamlılar təşkil edib. Adətən miqrantlar Çexiyaya iş, təhsil və ya ailələri ilə birləşmək məqsədi ilə gəlirlər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.