DÜNYA


Çexiya və Böyük Britaniya xarici işlər nazirləri Praqada görüşüblər

A+ A

Praqa, 12 noyabr, AZƏRTAC

Çexiya diplomatiyasının başçısı Lyubomir Zaoralek noyabrın 11-də Praqaya işgüzar səfərə gəlmiş Böyük Britaniyanın xarici işlər naziri Boris Consonla görüşüb. Nazirlər Birləşmiş Krallığın Avropa İttifaqından (Aİ) çıxmasından sonra Aİ-nin gələcəyini, habelə Çexiya-Britaniya münasibətlərini müzakirə ediblər.

L.Zaoralek görüş başa çatandan sonra deyib: “Biz bir çox məsələlərə, o cümlədən müdafiə, Transatlantik əlaqələr, terrorizmə qarşı mübarizə və ticarətin liberallaşdırılması kimi məsələlərə münasibətimizi bildirdik”.

Çexiya xarici işlər naziri qeyd edib ki, ölkələr energetik təhlükəsizlik və iqtisadi rəqabətədavamlılığın artırılması məsələlərində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırlar.

Boris Conson vurğulayıb ki, Britaniya hökuməti ölkə Aİ-dən çıxandan sonra da “Böyük Britaniyada yaşayan Avropa ölkələrinin vətəndaşlarını müdafiə edəcək”.

Çexiyanın Baş naziri Boquslav Sobotka da Britaniya XİN-in başçısı ilə görüşüb.

Boris Conson Praqadakı müqəddəs Kirill və Mefodi pravoslav kilsəsində 1942-ci ildə nasist Almaniyasının yüksək vəzifəli funksioneri Reynhard Heydrixə sui-qəsddən sonra həlak olmuş paraşütçülərin büstləri önünə əklillər qoyub.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.