DÜNYA


Çexiya zərbxanası Vatslav Havelin 80 illik yubileyi şərəfinə xatirə sikkələri hazırlayır

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Çexiya zərbxanası ölkənin ən tanınmış prezidentlərdən biri Vatslav Havelin 80 illik yubileyi şərəfinə xatirə sikkələri dəsti buraxır. V.Havel həm də kommunist dövrünün tanınmış dramaturqu və dissidenti idi.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, dəst V.Havelin həyatının ayrı-ayrı dövrlərini əhatə edən üç sikkədən ibarətdir: Dramaturq, dissident və prezident. Sikkələrin dizaynının müəllifləri Voytex Dostaldır. Dəstlər qızıl və gümüş versiyalarında təqdim ediləcək.

Qızıl sikkə dəsti 400 nüsxə, gümüş min nüsxə təşkil edəcək. Həmçinin qızıl sikkənin diametri 22 millimetr, gümüş sikkənin diametri 34 millimetrdir. Gümüş dəstin qiyməti 4950 kron, qızıl dəstinin isə 41950 krondur. Hazırda qızıl dəst sifariş üçün mümkün deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.