İQTİSADİYYAT


Çexiyada Azərbaycan iqtisadiyyatına maraq böyükdür

Bakı, 19 may, AZƏRTAC

Çexiyada Azərbaycan iqtisadiyyatına maraq böyükdür.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, bu barədə Çex Respublikasının kənd təsərrüfatı nazirinin müavini İrji Şir Bakıda keçirilmiş Azərbaycan-Çexiya işgüzar görüşündə deyib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb, sahibkarlıq sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Tədbirdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.

Çex Respublikasının kənd təsərrüfatı nazirinin müavini İrji Şir Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən aqrar sektorda geniş əməkdaşlıq imkanlarını vurğulayıb, yeni əlaqələrin qurulması baxımından işgüzar görüşlərin və biznes-forumların əhəmiyyətini qeyd edib.

Tədbir sahibkarlar arasında əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.

İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə iqtisadiyyatın müxtəlif qeyri-neft sahələrində fəaliyyət göstərən 50-yə yaxın sahibkar iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.