DÜNYA
Çexiyada PKK terrorçusu saxlanılıb
Praqa, 26 noyabr, AZƏRTAC
Çexiyanın Kralovoqradetsk diyarının polisi İnterpol xətti ilə axtarışda olan Türkiyə vətəndaşını – PKK fəalını saxlayıb. Polisin mətbuat katibi İvana Yeşkova KİV-lərə məlumat verib ki, PKK-çı terror əlaməti olan cinayətə görə mühakimə edilib.
Ölkənin daxili işlər naziri Milan Xovanets həmin məsələ ilə bağlı bildirib ki, PKK-çının saxlanılması sübut edir ki, Parisdə terror hücumlarından sonra görülən tədbirlər səmərə verir.
Çexiyanın CTK informasiya agentliyinin məlumatına görə, ölkə ərazisində saxlanılan kürd əsilli Türkiyə vətəndaşı öz ölkəsində Avropa İttifaqında və ABŞ-da qadağan edilən PKK terrorçu təşkilatı ilə əməkdaşlıq edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]