DÜNYA
Çexiyada apteklər cərimə olunur
Praqa, 11 avqust, AZƏRTAC
Çexiyanın “RM Pharmatrade” şirkəti dərman vasitələri alaraq sonradan Almaniyaya və Slovakiyaya satdığına görə beş milyon kron (192 min avro) məbləğində cərimə edilib.
AZƏRTAC xəbər verir ki, şirkət ümumi məbləği 15,7 milyon krondan çox (592,4 min avro) olan 17 min qutuya yaxın dərman vasitəsi ixrac edib. Beləliklə, dərman vasitələri barədə qanun pozulub.
Firma dərmanları distribütor kimi deyil, aptek kimi alıb. Buna görə də həmin dərmanların sonradan xaricə satılması qanun pozuntusu kimi qiymətləndirilir. Sözügedən dərmanlar arasında stenokardiya, diabet, astma, ağ ciyərlərin xroniki obstruktiv xəstəlikləri, revmatik artrit kimi xəstəliklərin müalicəsi üçün vasitələr, habelə antidepressantlar olub. Yüksək məbləğdə cərimə təyin edilərkən firmanın həmin dərmanları təkrar-təkrar və mütəmadi satması faktı nəzərə alınıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]