SİYASƏT
Çexiyada iftar süfrəsi açılıb
Praqa, 23 iyun, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı Praqa Qrupuna (İƏTPQ) 2017-ci ildə rəhbərlik edən Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyevin sədrliyi altında Azərbaycanın Çexiyadakı səfirliyində İƏTPQ-nin növbəti görüşü keçirilib. Görüşdə Praqada akkreditə olunmuş İƏT səfirləri ilə yanaşı, Çexiya rəsmi dairələrinin təmsilçiləri iştirak edib.
Görüş zamanı səfir Fərid Şəfiyev çıxış edərək İƏTPQ-nin gündəliyində olan məsələlər haqqında bəhs edib. İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin səfirləri çıxışlarında Praqa Qrupun 2017-ci il üzrə təşkil etdiyi tədbirlər və apardığı fəaliyyətdən məmnunluqlarını ifadə ediblər.
Sonra İƏTPQ səfirlərinin şərəfinə iftar yeməyi təşkil edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa