DÜNYA


Çexiyada ilk dron-poçtalyon poçt bağlamasını lazımi ünvana çatdırıb

A+ A

Praqa, 23 noyabr, AZƏRTAC

Çexiyanın ən iri internet-mağazası ilk dəfə olaraq poçt bağlamasının pilotsuz uçuş qurğusu ilə ünvana çatdırılmasını təşkil edib. Kiçikölçülü dron təxminən 1,7 kilometr məsafə qət edərək poçt bağlamasını Praqanın şərq rayonundakı İrna qəsəbəsində yerləşən Mall.cz anbar kompleksindən Zeleneçedə yaşayan sifarişçinin evinə çatdırıb. Təyinat məntəqəsinə 3 dəqiqəyə çatmış kvadrokopter sifarişçinin evinin qarşısında yerə enərək içərisində uşaq oyuncaqları olan bağlamanı boşaldıb. Test tənzimləmə rejimində bu tapşırığın yerinə yetirilməsini Çexiya Mülki Aviasiya İdarəsi müşahidə edib. Mall.cz internet-mağazası bir müddət bundan əvvəl xəbər vermişdi ki, dronlardan istifadə edilməsi hər birinin çəkisi 2 kiloqrama qədər olan yüklərin çatdırılmasını sürətləndirər və müvafiq xərclər azalardı. Qeyd edək ki, bütün sifarişlərin 80 faizi məhz bu cür yüklərdən ibarətdir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.