DÜNYA


Çexiyada terrorizmə qarşı mübarizə üzrə yeni xidmət fəaliyyətə başlayıb

Praqa, 3 yanvar, AZƏRTAC

Çexiyada Terrorizmə və Hibrid Təhdidlərə qarşı Mübarizə üzrə Mərkəz fəaliyyətə başlayıb. Yeni mərkəzin məqsədi həm üçüncü ölkələrin, həm də İŞİD terror təşkilatının hakerlərindən gələ biləcək internet şəbəkəsində terrorizm, təbliğat və dezinformasiya təhlükəsinə müqavimət göstərməkdir.

Mərkəzin açılışı Çex Respublikasında təhlükəsizlik “audit”inin kibertəhlükəsizlikdə aşkarladığı zəif tərəflərə və internetin digər sahələrində ortaya çıxan ciddi təhlükələrə cavab tədbiridir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.