DÜNYA


Çexiyalı İŞİD-çi dəmir barmaqlıqlar arxasında qalacaq

A+ A

Praqa, 11 noyabr, AZƏRTAC

Plzen şəhər məhkəməsi İŞİD döyüşçülərinə qoşulmaq niyyətində ittiham edilən Çexiya vətəndaşının həbs müddətinin uzadılması barədə qərar çıxarıb. Həmin gənc apelyasiya şikayəti verməkdən imtina etdiyinə görə məhkəmə qərarı artıq qüvvəyə minib.

“Yan S.” adlandırılan müttəhim 2016-cı il fevralın 5-də İstanbul aeroportunda Qaziantepə uçan təyyarəyə minməyə cəhd edərkən saxlanılıb. Türkiyənin cənubunda, Suriya sərhədi yaxınlığında yerləşən Qaziantepə şəhəri tez-tez İŞİD-in nəzarətində olan əraziyə adamların göndərilməsi üçün istifadə olunur.

Daha sonra gənc Çex Respublikasına göndərilib və iyul ayından həbsdədir. Təqsiri sübuta yetirildiyi təqdirdə, onu 12 il müddətinə həbs cəzası gözləyir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.