İQTİSADİYYAT


Çexiyalı ekstremallar Böyük Qafqazı fəth edib

Bakı, 16 iyun, AZƏRTAC

Çexiyanın dünyaca məşhur “.zam” velo-baykerlər qrupu bu günlərdə Azərbaycanda olub. Dünya KİV-nin və sosial şəbəkələrin fatehləri bu dəfə fanatlarını Bakı, eyni zamanda, Xızı, Quba, Qusar dağlarındakı macəraları ilə sevindirib.

Velo-baykerlər qrupuna təşkilati dəstəyi Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosu göstərib.

Təbliğat bürosundan AZƏRTAC-a bildirilib ki, ekstremallar tezliklə Gürcüstan və Azərbaycanda çəkdikləri videoları təqdim edəcəklər. Hər iki ölkə gələcəkdə də müştərək layihələr icra etməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.