DÜNYA
Çexiyanın Baş naziri Avropa İttifaqından çıxmaq haqqında referendumun əleyhinədir
Praqa, 4 iyul, AZƏRTAC
Çexiyanın Baş naziri Boquslav Sobotka “Právo” qəzetinə müsahibəsində bildirib ki, Çex Respublikasının Avropa İttifaqından çıxmasına dair referendum ölkənin mənafeyi ilə bir araya sığmır. Baş nazirin fikrincə, hökumət tərəfindən keçən il qəbul edilmiş referendumlar haqqında qanun Avropa İttifaqından çıxmaq barədə referendum keçirilməsinə tətbiq oluna bilməz. Bu cür addımın pis iqtisadi nəticələri ola bilər, habelə Çexiyanın gələcəyinə təsir edər, başlıca olaraq gənclərin və peşəkarların ölkəni tərk etməsinə səbəb olar. Boquslav Sobotka, həmçinin ölkədə avro valyutanın qəbul edilməsini şərh edərək bildirib ki, bu məsələ qarşıdan gələn 5-10 ildə həll olunacaq.
Pərvanə Qaraeyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa