DÜNYA


Çexiyanın Baş naziri radikalların deportasiyasını dəstəkləyib

A+ A

Praqa, 21 iyul, AZƏRTAC

Çexiyanın Baş naziri Boquslav Sobotka hesab edir ki, Qərbi Avropa ölkələri artmaqda olan terror aktlarına qarşı səmərəli mübarizə aparmaq üçün gəncləri İŞİD sıralarına cəlb edən radikal ruhaniləri deportasiya etməlidir. Çexiya hökumətinin başçısı bunu “Blesk” nəşrinə müsahibəsində deyib.

Baş nazirin sözlərinə görə, terrorçuların istifadə edə biləcəkləri bazanın yaradılmasına yol vermək olmaz. Onun fikrincə, Fransada məhz belə bir problem yaranıb. Buradan yüzlərlə və hətta minlərlə adam İslam dövləti yaratmaq üçün döyüşməyə gedib və bu adamların geri qayıtması meyli müşahidə olunur.

Praqa Qradı hökumət başçısının fikrini dəstəkləyib. Çexiya Prezidentinin mətbuat katibi İrji Ovçaçek “Twitter” səhifəsində Miloş Zemanın 2015-ci ilin noyabr tarixli bu sözlərini xatırladıb: “Hesab edirəm ki, Böyük Britaniya radikalları bir neçə il əvvəl deportasiya etdiyi kimi, hər bir dövlətin də şübhə yarandıqda eynən bu cür hərəkət etmək haqqı var”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.