DÜNYA


Çexiyanın baş naziri britaniyalı həmkarının “payını verib”

A+ A

Praqa, 3 oktyabr, AZƏRTAC

Çexiyanın baş naziri Boquslav Sobotka hesab edir ki, Böyük Britaniya Avropa İttifaqından (Aİ) ayrılana qədər Aİ-nin digər üzvlərinin hüquqlarını məhdudlaşdırmamalıdır. B.Sobotka bazar günü ölkənin “Prima” telekanalında diskussiya zamanı Böyük Britaniyanın baş naziri Tereza Meyin sözlərinə münasibət bildirərək vurğulayıb ki, Çexiya bu məsələdə israrlı olacaq. Xatırladaq ki, Tereza Meyin sözlərinə görə, Birləşmiş Krallıq Aİ vətəndaşlarının yerdəyişməsinə nəzarət tətbiq etməyi planlaşdırır.

Çexiyanın baş naziri bundan əvvəl də bildirib ki, əgər Böyük Britaniya ərazisində Avropa İttifaqından olan işçilərin hüquq bərabərliyinə təminat verilməsə Çexiya Böyük Britaniya vətəndaşları üçün Aİ-nin əmək bazarından istifadə imkanının saxlamasını təsəvvür edə bilməz.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.