DÜNYA


Çexiyanın keçmiş xarici işlər naziri prezidenti tənqid edib

A+ A

Praqa, 3 oktyabr, AZƏRTAC

Çexiyanın sabiq xarici işlər naziri Karel Şvartsenberqin fikrincə, Prezident Miloş Zemanın İsrailin sabiq rəhbəri Şimon Peresin dəfninə getməməsi onun şəxsi zəifliyinə və dövlət başçısı kimi öz vəzifələrinə etinasız yanaşmasına dəlalət edir. Sabiq nazirin fikrincə, Miloş Zeman Rodos adasında Vladimir Yakuninin illlik konfransına getmək əvəzinə görkəmli dövlət xadimi ilə vida mərasimində iştirak etməli idi. Karel Şvartsenberq bu hadisə barədə öz mövqeyini Çexiya televiziyasının diskussiya proqramında şərh edib.

Həmin teledebatlarda iştirak etmiş Çexiya Xarici İşlər Nazirliyinin indiki rəhbəri Lyubomir Zaoralyok isə bu fikirlə razılaşmır. L. Zaoralyok hesab edir ki, Çexiya Prezidentinin “akademik diskussiya”da iştirak etməyə haqqı var və onun Rodosa səyahəti heç bir qaydaya zidd deyil. Nazirin fikrincə, nümayəndə heyətinə baş nazir Boquslav Sobotkanın rəhbərlik etdiyi Çexiya İsraildə dəfn mərasimində lazımınca təmsil olunub.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.