DÜNYA


Çexiyanın vergi sistemində dəyişiklik edilir

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Bu il noyabrın 1-dən satın alınan daşınmaz əmlakdan tutulan verginin məbləği ilə bağlı Çexiyanın vergi sistemində dəyişikliklər qüvvəyə minəcək.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, hazırkı qanunvericiliyə görə, Çexiyada daşınmaz əmlakın satışından vergini satan tərəf ödəyir, alıcı isə dövlət qarşısında zamin rolunda çıxış edir. Satıcı vergini müəyyən edilmiş vaxtda ödəmədikdə vergi alıcıdan tutulur.

Yeni dəyişikliyə əsasən isə daşınmaz əmlakın alğı-satqısı zamanı vergini alıcı ödəyəcək. Yeni qayda artıq bu il iyunun 1-də Çexiya Senatı tərəfindən qəbul edilib və iyulun 27-də ölkə prezidenti tərəfindən təsdiqlənib.

Verginin məbləği satın alınmış obyektin qiymətinin 4 faizini təşkil edir.

Bununla belə, daşınmaz əmlak sahəsində ixtisaslaşmış yerli ekspertlərin proqnozuna görə, yeni qanunun tətbiqi ölkədə mənzillərin qiymətinə əsaslı təsir etmək iqtidarında olmayacaq. Belə ki, 4 faizlik vergi ödəməkdən azad olunan satıcılar bunu satdıqları əmlakın qiymətinə əlavə edə bilməyəcəklər, alıcılar isə vergi məbləğini azaltmaq üçün qiyməti aşağı sala bilməyəcəklər.

Çexiyanın Maliyyə Nazirliyi daşınmaz əmlak üçün qiymətləri lokal qaydada 3,8 faiz azaltmağı tövsiyə etsə də, hələlik bu dəyişikliyin qiymətlərə təsiri hiss olunmur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.