DÜNYA
Çexlər ağacdan tikilmiş kostyolun yandırılmasına özünəməxsus şəkildə cavab veriblər
Praqa, 7 avqust, AZƏRTAC
Çexiyada XVI əsrdə ağacdan tikilmiş bir kostyol (kilsə) bu yaxınlarda baş vermiş yanğın nəticəsində məhv olub. Avqustun 6-da həmin kilsənin 300-ə yaxın dindarı açıq səma altında ibadət etmək üçün həmin kostyolun xarabalıqları qarşısında toplaşıblar. İbadət zamanı kostyolun keşişi vurğulayıb ki, məbədin əvvəlki yerində bərpa ediləcəyinə inanır.
İbadət mərasimində Xristian-Demokrat Partiyasından Çexiya Senatının üzvü İrj Tsarbo da iştirak edib. O da qeyd edib ki, uşaqlıq dövründə xatırladığı kostyolun tezliklə bərpa olunacağına ümid edir.
XVI əsrdə tikilmiş və unikal interyeri ilə məşhur olan bu məbədin qəsdən yandırılması barədə üç nəfərə gəncə ittiham irəli sürülüb. Onlardan ikisi həbs edilib. Polisin fikrincə, şübhəli şəxslər bu qəbildən olan daha bir neçə cinayətə hazırlaşırmış.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]