DÜNYA


Çexlər arasında da İŞİD-ə qoşulan tapılıb

A+ A

Praqa, 1 avqust, AZƏRTAC

“İslam dövləti” terrorçularına qoşulmaq niyyətində şübhəli bilinən Çex Respublikasının vətəndaşı iyunun ortalarından dəmir barmaqlıqlar arxasındadır. O, 3 ildən 12 ilədək həbs cəzasına məhkum edilə bilər. “ČTK” agentliyinin məlumatına görə, hazırda cinayət işi Plzen diyar məhkəməsinə təqdim edilib. Məhkəmə şübhəli bilinən şəxsin həbsdə saxlanılmasını təsdiq etməlidir. “Respekt” nəşrinin yazdığına görə, İŞİD-ə qoşulmaq niyyətində şübhəli bilinən kişi bu ilin yanvar ayında beynəlxalq hava limanlarının birində həbs edilib. Orada o, Suriya ilə sərhədi keçmək istədiyini etiraf edib, bundan sonra Çexiyaya təhvil verilib. Öz vətənində həmin şəxs bildirib ki, İŞİD sıralarına qoşulmaq istəyib. Təhqiqatla Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin ekstremizm əleyhinə mübarizə bölməsi məşğul olur.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.