DÜNYA


Çəyirtkələr Yunanıstanda fövqəladə vəziyyətin elan edilməsinə səbəb olub

Afina, 24 may, AZƏRTAC

Egey dənizində yerləşən Yunanıstanın Ayos-Efstratios adasında çəyirtkələr səbəbindən fövqəladə vəziyyət elan olunub.

Həşəratların adada bitən bitkiləri məhv etməsi heyvandarlığa, burada yaşayan sakinlərin təsərrüfatına ciddi ziyan vurub. Həşəratlarla mübarizəyə Afinanın Kənd Təsərrüfatı Universitetinin tələbələri qoşulublar.

Ada Avropa İttifaqının “Natura 2000” proqramının tərkib hissəsini təşkil edən nadir flora və faunaya malikdir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.