DÜNYA


Çəyirtkələrin təsərrüfat sahələrinə hücumu Boliviyada ciddi problemlər yaradıb

A+ A

Bakı, 9 fevral, AZƏRTAC 

Boliviyada çəyirtkələrin təsərrüfat sahələrinə hücumu ciddi problemlər yaradıb. Hökumət təcili tədbirlər görməyə başlayıb.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, Boliviya Prezidenti Evo Morales Ayma təcili tədbirlər planını təsdiqləyib və bu məqsədlə 700 min dollardan çox pul ayırıb.

Qeyd edək ki, çəyirtkələrin təsərrüfat sahələrinə hücumu bir həftə əvvəl ölkənin cənubunda, ərzaq və ət istehsalının böyük hissəsinin həyata keçirildiyi Sanda Kruz şəhərində başlayıb və tez bir zamanda yayılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.