ELM VƏ TƏHSİL
“Çiçi haqqında tarixi-etnoqrafik oçerklər” kitabı AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilıb
Bakı,1 sentyabr, AZƏRTAC
Tarixçi Sadiq Quliyev müəllifi olduğu “Çiçi haqqında tarixi-etnoqrafik oçerklər” kitabını Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) hədiyyə edib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Quba rayonunun cənubunda yerləşən Çiçi kəndi və orada yaşayan tatlar haqqında tarixi-etnoqrafik oçerklər 36 başlıqdan ibarət olmaqla, Çiçi tatlarının mənşəyini, kəndlərinin toponomik adlarının yaranmasını, sakinlərin həyat tərzini, təsərrüfatını, məişətini, adət-ənənələrini özündə əks etdirir. Kitabda həmçinin 45 müəllifin əsərlərindən və görkəmli şəxslərin əlyazmalarından istifadə olunub. Nəşr elmi, etnoqrafik və toponomik cəhətdən dəyərli əsər olmaqla, bir azsaylı xalqın mənəvi sərvətidir.
Bütün ixtisas sahələrinin tədqiqatçıları nəşrdən mənbə kimi istifadə edə bilərlər.