ELM VƏ TƏHSİL
“Çıldırlı Aşıq İrfani” kitabı çapdan çıxıb
Bakı, 21 yanvar, İbrahim Əsədov, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən “Çıldırlı Aşıq İrfani” kitabı nəşr etdirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin əməkdaşı Əli Şamil tərəfindən tərtib olunmuş kitaba Çıldırlı Aşıq İrfaninin şeirləri, haqqındakı dastan-rəvayətlər daxil edilib. Axısqa-Çıldır bölgəsində yaşamış, çağdaşlarına və özündən sonrakı aşıqlara güclü təsir göstərmiş Aşıq İrfani ləqəbli Süleymanın şeirləri kitab şəklində ilk dəfədir çap olunur.
Nəşr mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.