DÜNYA


Çili: körpü dağılaraq üzərindəki qatarla birgə çaya düşüb VİDEO

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

Çilinin Araukanii rayonunda Tolten çayı üzərindəki dəmiryol körpüsü dağılıb.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, hadisə yük qatarının körpünün üzərindən keçdiyi zaman baş verib.

Konstruksiyanın dayaqları ağır qatara tab gətirməyərək dağılıb. Çaya aşan qatardakı çənlərdə kimyəvi maddələrin olduğu bildirilir. Hökumət qəza nəticəsində ətraf mühitə heç bir zərərin dəymədiyini iddia edir.

Körpünün bərpa olunaraq yenidən istifadəyə verilməsinə azı bir ay vaxt lazım gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.