İDMAN
Çili millisi Braziliyada keçirilən futbol üzrə dünya çempionatında növbəti qələbəsini qazanmışdır VİDEO
Bakı, 19 iyun (AZƏRTAC). İyunun 18-də Braziliyada futbol üzrə dünya çempionatı çərçivəsində növbəti oyun keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Rio-de-Janeyrodakı “Marakano” stadionunda “B” qrupu çərçivəsində İspaniya və Çili yığmaları qarşılaşmışlar.
ABŞ-dan olan baş hakim Mark Geigerin idarə etdiyi oyunun 20-ci dəqiqəsində çilili futbolçu Eduardo Varqas hesabı açmışdır. Matçın 43-cü dəqiqəsində Çarles Aranguiz komandasının ikinci topunu İspaniya millisinin qapısından keçirmişdir.
Matçın sonunadək hesab dəyişməmiş və Çili millisi İspaniya yığmasını 2:0 hesabı ilə məğlub etmişdir.
Qeyd edək ki, hər iki komanda çempionatda ikinci oyununu keçirmişdir. İlk oyunda Çili millisi Avstraliyaya 3:1 hesabı ilə qalib gəlmiş, İspaniya yığması isə Hollandiya kollektivinə 1:5 hesabı ilə məğlub olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]