DÜNYA
Çili paytaxtındakı aeroport yaxınlığında güclü yanğın baş verib
Bakı, 23 oktyabr, AZƏRTAC
Çili paytaxtındakı Arturo Merino Benites adına beynəlxalq aeroportun yaxınlığında güclü yanğın baş verib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 24 Horas telekanalının məlumatına görə, yanğın hələlik hava limanının işinə təsir göstərməyib. Bununla belə, polis yaxınlıqda yerləşən bir neçə avtomobil yolunda hərəkəti məhdudlaşdırmağa məcbur olub. Zərərçəkənlər barədə məlumat verilmir.
Hadisə yerində yanğınsöndürənlər işləyir. Onların bildirdiyinə görə, meşə yanğınları şin zibilxanasına yayılıb və ərazidə görmə məsafəsini nəzərəçarpacaq dərəcədə azaldıb. Güclü külək vəziyyəti bir qədər də mürəkkəbləşdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]